Türkiyənin tanınmış aparıcısı Tanem Sivarın evi qonşusu tərəfindən atəşə tutulub.
Mynews.az xəbər verir ki, bir müddət isə əvvəl teleaparıcının Cango və Pamuk adlı iki iti zəhərləndirilərək öldürülüb. Aparıcı polisə və mediaya bunun qonşusu tərəfindən edildiyini deyib. Bundan sonra həmin qonşu T.Sivarın evinə atəş açıb. Bir neçə gün əvvəl isə hadisənin görüntüləri ortaya çıxıb.
Tanem Sivar başına gələn xoşagəlməz olayla bağlı açıqlama yayıb: “Bu adam cinayətkardır. Daha da qorxulu hadisələr törədə bilər. Media bizi dəstəklədikdən sonra o, daha da çılğınlaşdı. Həyat yoldaşıma tüfənglə atəş açdı. Buna baxmayaraq, nəzarətdə saxlanılmaq şərti ilə sərbəst buraxıldı. Çox narahatam. Mən həyat yoldaşımla birgə bu mövzu ilə bağlı əlimdən gələni edəcəyəm”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub