Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib, Mynews.az APA-ya istinadən xəbər verir.
Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.
“Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.
Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır.
Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub