Zimbabvenin prezidenti Robert Muqabe katolik keşişi Fidelis Mukonorinin vasitəçiliyi ilə hərbçilərlə aparılan danışıqlar zamanı istefaya getməyəcəyini bildirib.
Bu barədə Mynews.az Oxu.Az-a istinadən xəbər verir.
Agentliyi məlumatına əsasən, Muqabe “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə” hakim partiyasının liderliyinə seçkilərin aparılmasında israr edir. Prezident yalnız partiya rəhbərliyinə seçkilərdə uduzacağı təqdirdə hakimiyyətdən gedəcəyini bildirib.
Xatırladaq ki, dünən Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirərək 93 yaşlı prezidenti Robert Muqabe və xanımını ev dustağı ediblər. Lakin sonradan ölkənin birinci xanımına Zimbabveni tərk etməyə icazə veriblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub