Rəsmi açıqlama: “Biz İsraildən bunun intiqamını alacağıq”
İsrail hərbi hava qüvvələrinə aid döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqin ətraf ərazilərini bombalamağa başlayıb. Hücumun hədəfində suriyalı əsgərlərin olduğu bildirilib. Məlumata görə, hadisədə ölən və yaralanan olmayıb. Sputnik Türkiyə-yə danışan bir nəfər suriyalı rəsmi deyib ki, İsrailin məqsədi rejimə qarşı döyüşən terrorçulara cəsarət vermək və onları gücləndirməkdir. “Biz İsraildən bunun intiqamını alacağıq” – suriyalı rəsmi qeyd edib. Xatırladaq ki, İsrail qırıcıları ötən ay da paytaxt Dəməşqdəki hərbi aerodromu bombalamışdı.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub