ABŞ-ın Alyaska ştatının sakinlərinə Şimali Koreyanın nüvə hücumlarına qarşı xəbərdarlıq edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bölgə əhalisini gözlənilən hücuma qarşı hazırlamaq üçün tədbirlərə başlanılıb.
ABŞ-ın Fövqəladə Planlaşdırma Komitəsinin üzvü Ceremi Zidek əhaliyə radiasiyaya qarşı dərman, fənər və radio cihazlarını hazır vəziyyətə gətirməyi tövsiyə edib.
Ölkə mediasına açıqlamasında C.Zidek bildirib ki, nüvə silahı təhlükəsinə qarşı edilən hazırlıq insanların digər fəlakətlərə qarşı etdiyi hazırlıqla eynidir.
“Nüvə hücumu zamanı təxliyə üçün vaxt olmaya bilər. Ona görə də, ən yaxşı məsləhət gizlənmək və hücumun sonunu gözləməkdir”, - deyə o bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub