Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki restoranlardan birində çalışan 27 yaşlı şəxs həbs olunub. Polis onu "ictimai yerdə əxlaqsızlıqda və tərbiyəsizlikdə, asayişi pozmaq"da suçlayıb.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, 27 yaşlı kişinin yeganə "günah"ı ona yaxınlaşan qadının iki sualına cavab verməsi olub.
"O qadın mənə yaxınlaşdı, taksi dayanacağının harada olduğunu soruşdu. Dedim. Sonra təşəkkür etdi, vəssəlam", - 27 yaşlı restoran əməkdaşı polisdə verdiyi ifadəsində bildirib.
Restoran işçilərinin nahar fasiləsi zamanı çöldə siqaret çəkən bu şəxs ona yaxınlaşan qadını tanımadığını söyləyib.
Səudiyyə Ərəbistanının qanunvericiliyinə görə, ictimai yerlərdə bir-birinə yad, "naməhrəm" olan qadınla kişinin danışmaları yasaqdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub