ABŞ prezidenti Donald Tramp Vaşinqtonun lider mövqeyini nümayiş etdirmək üçün ölkənin nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bunu “Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ hazırkı nüvə potensialı ilə xeyli geridə qalıb. Tramp ölkəsinin konkret hansı ölkədən geri qaldığını dəqiqləşdirməyib.
“ABŞ-ın nüvə sahəsində heç kimdən geri qalmaq fikri yoxdur, biz də başqaları kimi potensialımızı genişləndirəcəyik”, - bunu Trampın nüvə arsenalının genişləndirilməsi bəyanatına şərh verən Ağ Evin mətbuat katibi Şon Spayser deyib.
“Tramp açıq şəkildə bəyan etdi ki, ABŞ bu sahədə üstünlüyü heç kimə verməyəcək. Əgər digər ölkələr nüvə potensialına malikdirlərsə, bu sahədə üstünlük ABŞ-da olacaq. Vaşinqton əslində buna heç də can atmır”, - o deyib.
O qeyd edib ki, “Reuters”ə müsahibə zamanı Trampa verilən sual başqa ölkələrin nüvə arsenalının genişləndirilməsi ilə bağlı olub: “Bizim məqsədimiz – Amerikanın bu sahə üzrə bütün dünyada üstünlük saxlamasına əmin olmaqdır. Əgər digər ölkələr nüvə potensialını artırırsa, biz buna sakitcə kənardan baxmaq niyyətində deyilik və buna yol verməyəcəyik”, - Spayser sözünü yekunlaşdırıb.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub