Daşkənndə həddi buluğa çatmamış üç bacı yerli kafelərdən birində kabab yedikdən sonra həyatlarını itiriblər.
Bunu Moderator.az saytının rus versiyası "Sputnik Tacikistan"a istinadən xəbər verir.
Şahidlərin verdikləri məlumata əsasən bacılar bir qədər əvvəl əzilmiş ətdən hazırlanmış kababdan yedikdən sonra özlərini pis hiss etməyə başlayıblar. Onlar qarın nahiyəsində çox güclü ağrıların olmasında şikayətlənirmişlər.
Bacılar dərman qəbul etsələr də, bu onlara kömək etməyib. Onlardan biri təcili tibbi yatdım maşınında xəstəxanaya aparılarkən vəfat edib.
Digər iki bacı da bir birinin ardınca qəfildən həyatlarını itiriblər.
İndi bütün Özbəkistan bu ölümün gerçək səbəbinin nə olması barədə rəsmi qurumların açıqlamasını gözləyir. Bacıların ölümcül zəhərlənməsinin səbəbi ciddi araşdırılır. Bu fakt üzrə Olmazar rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub