Ana övladlarını öldürdü, məhkəmə zalından azadlığa buraxıldı
Mynews.az xeberle.com-a istinadən xəbər verir ki, Samsun şəhərində dəhşətli hadisə baş verib.
Belə ki, Ayfer K. adlı qadın 3 və 9 yaşında olan uşaqlarının müxtəlif nahiyələrindən bıçayaraq öldürüb. Qatil ana bıçaqla özünə də xəsarət yetirərək intihar etmək istəyib. Hadisə ötən ili avqust ayında baş verməsinə baxmayaraq ananın məhkəmə prosesi bu günlərdə yekunlaşıb.
Məhkəmədə övladlarını öldürən anaya ömürlük həbs cəzası tələb olunsa da hakim qərarla razılaşmayıb və onu azadlığa buraxıb.
Buna tibbi ekspertizanın rəyi səbəb olub. Belə ki, ekspert rəyində göstərilib ki, uşaqlarının həyatına son qoyan ana şizofreniya xəstəsidir və etdiyi hərəkətlərin fərqinə varmır.
Məhkəmə zalından azadlığa buraxılan Ayfer K. müalicə almaq üçün Əsəb Xəstəlikləri Xəstəxanasına göndərilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub