Donald Tramp ABŞ-ın iqlim üzrə sazişdən çıxmasına dair fərman imzalamayacaq, bu qərarı o, qızı İvanka və onun əri Cared Kuşnerin təsiri altında verib.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Daha öncə o, bu fərmanı ləğv etməyə çağırırdı.
Donald Trampın böyük qızı İvanka və onun əri Cared Kuşner amerikalı prezidenti ABŞ-ın Paris iqlim dəyişikliyi ilə mübarizə sazişindən çıxmasına dair fərmanı imzalamamağa razı salıblar. Bu barədə “The Wall Street Journal” nəşri vəziyyət ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Bu saziş ilə əlaqədar xatırlatma Trampın gələn həftə imzalamalı olduğu fərmanlar layihəsindən çıxarılıb. “WSJ”-in Ağ Evdəki həmsöhbətinin sözlərinə görə, Kuşner və İvanka hesab edirlər ki, iqlimin dəyişməsi ilə mübarizə və ekologiya problemləri Tramp administrasiyası üçün prioritet istiqamətlərdən olmalıdır.
Qəzet yazır ki, İvanka Trampın bu mövqeyi dekabrda ABŞ rəhbərinin və iqlim dəyişikliyi üzrə məsələlərin nüfuzlu fəalı olan sabiq vitse-prezident Albert Qoranın görüşünə səbəb olub. Qor bu görüşü “ümumi kəsişmə nöqtələrinin səmimi axtarışı” adlandırıb.
“Bu addım (Trampın Paris sazişi üzrə mövqeyinin dəyişməsi) – Trampın qızının və Kuşnerin Ağ Evdə nüfuzunu bir daha sübut edir”, - qəzet yazır.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub