Meksikalı Karla Yasintonun dediyinə görə, 12 yaşı olanda insan alverçilərinin toruna düşüb.
Milli.Az CNN-ə istinadən bildirir ki yoxsul ailədə doğulan Yasinta uşaqlıq illərində döyülür, söyülür, ağır işlərə vadar edilirdi. 12 yaşı tamam olanda o, Mexikoda 22 yaşlı gənclə tanış olub. Bu gəncin şirin dilinə və hədiyyələrinə aldanan Yasinta "sevildiyini" düşünür.

Qız evdən qaçır, "sevgilisi" ilə birlikdə Tlaskala ştatındakı Tenansinqo şəhərində yaşamağa başlayır.
Tenansiqo şəhəri isə Meksikada insan alverinin mərkəzlərindən biri, fahişə "ixracı" yeri kimi tanınır.
Birgə yaşamın üçüncü ayında "sevgilisi" Yasintanı döyür və fahişəliyə vadar edir.
13 yaşlı Yasinta hər gün səhər saat 10-dan gecəyarısınadək "işləyir". Bəzən gündə 30 kişi ilə yatağa girirdi.
"Sevgilisi" onu şəhərdən şəhərə aparsa da, vəziyyət dəyişmirdi.

13 yaşı olanda Yasintanın "işlədiyi" otelə polislər basqın edir. Polislərin onu və digər qadınları azad edəcəyini düşünən Yasinta yanılmışdı: meksikalı polislər onları zorlayandan sonra döydülər, pullarını əllərindən alıb getdilər.
Yasinta 15 yaşına çatanda "sevgilisi"ndən uşaq doğub.
O, yalnız 2008-ci ildə Mexikoda xüsusi polis əməliyyatı zamanı azad olunub.
Yasinta indi Meksikada insan alveri ilə mübarizə aparan qeyri-hökumət təşkilatında çalışır, başına gətirilmiş bəlalardan bəhs edir.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub