Banqladeşlə Myanma arasında arakanlı müsəlman qaçqınların öz doğma yerlərinə qaytarılmasına dair razılaşma imzalanıb.
Mynews.az bildirir ki, bu barədə Report.az “Milliyet”ə istinadən xəbər verir.
Sənədə əsasən Banqladeş hökuməti ölkəyə sığınan qaçqınları Myanmaya göndərəcək.
Qeyd edək ki, bu il avqustun 25-dən Myanmanın şimalında, Arakan əyalətində müsəlmanlara qarşı “qanunsuz silahlılara qarşı mübarizə” adı altında qətliam başlayıb. Bu “tədbir” nəticəsində 613 min myanmalı müsəlman doğma torpaqlarını tərk edərək Banqladeşə sığınıb.
Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Reks Tillerson Myanmada müsəlmanlara qarşı törədilənləri “etnik təmizləmə” adlanıdırıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub