Rusiyada xəstəxananın dəhlizində qanlar içində yıxılıb qalan xəstəyə baxan olmadığı üçün ölüb. Hadisə Smolensk şəhərində baş verib.
Kadlardan görünür ki, tibbi müəssisənin dəhlizində qanlar içində yıxılıb qalan 47 yaşlı kişi zarıldasa da, tibb işçiləri ona kömək etməyə tələsmirlər.
Hər şey kişinin ad gününü qeyd etməsindən sonra başlayıb. Ad gününü qeyd edərkən ona 3 nəfər hücum edir. Dava zamanı Artyom yerə yıxılır və başından güclü travma alır. O, xəstəxanaya çatdırılır. Gecə saat 23.00-da o, suallara cavab verir və baş verənləri danışır. Sonra o, müayinə otağına aparılır. Səhər 04.20 Artyom dəhlizə çıxır. Kadrlardan onun ayaq üstə güclə dayandığı aydın görünür. Burda kişi tarazlığını saxlaya bilməyərək yıxılır. Lakin ətrafda olan tibbi heyət ona fikir vermir. Təqribən 15-20 dəqiqədən sonra o zarımağa başlayandan sonra, tibb işçiləri kömək etmək qərarına gəlirlər.
Bundan sonra edilən bütün müdaxilələrə baxmayaraq, kişi ölür.
Hadisə yayda baş verib. Həmin vaxt Artyomun aldığı yaralardan öldüyü kimi qeyd olunub. Kadrlar ictimaiyyətdə yayıldıqdan sonra isə iş yenidən açılıb.
Artyomun qohumları hesab edir ki, ona vaxtında kömək edilsə ilə, bu gün sağ qalardı.
1
Bakıda avtomobildə gənc oğlanın meyiti tapılıb
1058 dəfə oxunub
2
Uşaqların sosial media asılılığı: Tarixi məhkəmə prosesi başladı
1049 dəfə oxunub
3
Sosial şəbəkələrdə saxta kredit elanları verən şəxs saxlanıldı
1049 dəfə oxunub
4
Bakıda avtobusda sərnişin ÖLDÜ
1047 dəfə oxunub
5
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər AZADLIĞA BURAXILIRLAR
1038 dəfə oxunub