Avropa İttifaqı Ermənistanı dekabrda vergi sığınacağı (ofşor) hesab edilən ölkələrin siyahısına daxil edə bilər.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Aİ-nin vergitutma məsələləri üzrə xüsusi işçi qrupunun materiallarında əks olunub. Qeyd olunan işçi qrupu vergi məsələlərində Aİ ilə əməkdaşlıqdan boyun qaçıran yurisdiksiyaların siyahısını tərtib edir.
Məlumata görə, işçi qrupu siyahıya dair tövsiyələri Aİ ölkələrinin maliyyə nazirlərinin dekabrın 5-də keçiriləcək müşavirəsində təqdim oluna bilər. Aİ dövlətləri siyahıya daxil edilən ölkələrə qarşı görüləcək tədbirlər barədə hələ ki razılığa gəlməyiblər.
Qeyd olunan qara siyahıya Ermənistan, Kuk adaları, Marşal adaları, Panama, Serbiya, Tunis - ümumilikdə 36 ölkənin daxil ediləcəyi gözlənilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub