Tbilisinin yeni meri Kaxa Kaladze əməkhaqqı almayacaq. Bu pul sosial xeyriyyəçiliyə sərf olunacaq.
Mynews.az-ın məlumatına görə, bunu meriyanın mətbuat xidmətindən bildiriblər.
“K.Kaladze artıq neçə illərdir ki, əməkhaqqı almır. Hamı bilir ki, o, energetika naziri olanda da əməkhaqqından imtina etmişdi. O zaman da həmin pullar sosial yardım üçün istifadə olunurdu. Həmin praktika indi də davam edəcək”, - deyə mətbuat xidməti bildirib.
Qeyd edək ki, Tbilisi merinin əməkhaqqı 3180 lari (2040 manat) təşkil edir.
K.Kaladze Gürcüstanın ən varlı şəxslərindən biridir. Bəyannaməyə əsasən, onun hesabında 9,6 milyon dollardan çox vəsait var.
Xatırladaq ki, Tbilisi meri seçkilərində qələbəyədək K.Kaladze Gürcüstanın energetika naziri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2012-ci ildə təyin olunmuşdu. (oxu.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub