Sevgilisini bıçaqlayan qız çılpaq halda pəncərəyə çıxaraq intihara cəhd edib.
Mynews.aztürk mediasına istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində çılpaq şəkildə pəncərəyə çıxmış qız intihara cəhd edib. Hadisə yerində olan polislər G.A-nı xilas ediblər. Gənc qız ifadəsində ayrılmaq istədiyi sevgilisi tərəfindən cinsi istismara məruz qaldığını bildirib:
“6 ildir ki sevgiliydik. Ayrılmaq istədiyimi dedim. İçirdik. Bunu eşidəndə çox əsəbiləşdi. Mübahisə etməyə başladıq. Sonra məni hamam otağına kilidlədi. Çıxdıqdan sonra isə mənə təcavüz etdi. Buna görə də onu bıçaqladım və intihar etmək istədim”.
Qızın 6 illik sevgilisi M.K isə qızın yalan söylədiyini bildirib:

“Mən ondan ayrılmaq istədiyimi söylədim. O da dedi ki, onda pulları qaytar. Ona dedim ki, bütün pulumuzu birlikdə xərcləmişik. O, hamam otağına getdi. Qayıdanda isə mənə hücum çəkdi.”
Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi açılıb. Faktla bağlı araşdırma davam edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub