19 yaşlı tələbə universitetin yataqxanasında gizlicə doğduğu körpəsini binanın 4-cü mərtəbəsinin pəncərəsindən atıb.

Mynews.az Milli.Az-a istinadla bildirir ki, hadisə Çinin şimal qərbindəki Şanxay vilayətinin Mühəndislik və Texnologiyalar Kollecinin yataqxanasında baş verib.
Fotodan göründüyü kimi tələbə körpəni yataqxananın adyalına bükərək pəncərədən atıb.
Cinsiyyəti açıqlanmayan körpəni yataqxananın mühafizə işçiləri tapıblar.

Xəstəxanadan bildirilib ki, körpə ölüb.
Polis hadisə ilə bağlı araşdırma aparır. Qız kollecdən çıxarılaraq ailəsinin yanına göndərilib.
Onun müəllimlərinin dediyinə görə, o, çox yaxşı tələbə olub və hər zaman dərslərdə iştirak edib.

Qızın ailə qurmadan cinsi əlaqədə olduğuna və sevgilisi tərk etdiyinə görə bu hərəkəti etdiyi düşünülür.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub