Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar “TRT Avaz” telekanalının sabiq prodüseri Heyrəddin Aydınbaş həbs edilib.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, H.Aydınbaş Ankarada cinayət işini aparan prokuror tərəfindən dindirilib.
Bundan sonra cinayət işləri üzrə məhkəmə H.Aydınbaş barəsində "qəsdən adam öldürmədə təşkilatçılıq" maddəsi ilə həbs qərarı verib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub