Toplumsal məsələlərə dair çıxışlarıyla gündəmə gələn Papa Francis yenə kəskin açıqlamalar verdi.
Bu səfər Katolik kilsəsinin zəngin rəhbərlərini hədəf alan Papa bu cür şəxslər üzündən: “Belə Katolik olmaqdansa, ateist olmaq daha yaxşıdır” – deyə etirazını bildirmişdir.
Daha sonra katoliklərin lideri demişdir: “Rəzalət nədir? Rəzalət bir şey söyləyib başqa bir iş görməkdir. Bu ikiüzlü bir həyatdır. “Mən olduqca Katolikəm, hər zaman ayinlərə gedirəm, amma, yaşamım xristiyanca deyildir, işçilərimlə pis davranıram, insanları istismar edirəm, kirli işlər çevirirəm, rüşvət alıram.... ”. Belə ikiüzlü bir həyat. Bax çox xristiyan bunun kimi və bunlar digərlərini utandırırlar. Hamımız çevrəmizdə və başqa yerlərdə belələrini görürük. Zərər verirsiniz. Bu hər gün olur. Televiziyada xəbərləri izləmək və ya qəzetləri oxumaq kifayətdir ki, bunları biləsən” – deyə, Papa xristiyanları haram və çirkli işlərdən çəkinməyə çağırıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub