“Ölkə.Az” xəbər verir ki, Ərdoğan çıxışı zamanı Türkiyənin ana müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun ittihamlarına cavab verib. Onun sözlərinə görə, CHP ana müxalifətdən çıxıb və ana xəyanət partiyası olub.
“Haqqımda olan-olmaz danışılır. Bildirilir ki, guya əllərində çox ciddi qanun pozuntusu ilə əlaqədar sənədlər var. Kılıçdaroğlunun sözlərinə görə, guya mən xaricə milyonlarla dollar göndərirəm. Dövlət büdcəsini talayıram. Sübutun varmı? Yoxdur! Ola da bilməz! Köhnə söhbətləri qızdırıb yenidən gündəmə gətirmək istəyirlər. CHP ana müxalifətdən çıxıb, artıq ana xəyanət partiyası olub”, - deyə Ərdoğan bildirib.
Ərdoğan çıxışı zamanı Türkiyənin bu il ərzində qazandığı uğurları, Dövlət Büdcəsinə gələn gəlirləri açıqlayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub