16 il öncə əmisi oğlu tərəfindən təcavüzə məruz qalan Leyla Doğan həyatını qaraldan bu olaydan sonra dünyaya gətirdiyi qızını Müge Anlının proqramında axtarır.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, Türkiyənin ATV telekanalında yayımlanan Müge Anlının proqramına qatılan Leyla Doğan danışdıqları ilə həm studiyadakıları, həm də ekran önündə əyləşən tamaşaçıları şok edib. 16 yaşında əmisi oğlu tərəfindən təcavüzə uğrayan Leyla Doğan bir uşaq dünyaya gətirib. Atasının təzyiqi ilə körpəsini uşaq evinə verən Doğan canlı yayımda yenicə 14 yaşı olan qızı Kaderi axtarmağa çıxıb.
Ərdə olan və 3 uşağı olan Leylaya bu mövzuda əri də dəstək olur.
Leyla Doğan 16 il öncə əmisi oğlunu tərəfindən zorlanıb. Ailəsinə deyə bilməyən Leyla Doğan hamiləliyin V ayında həqiqəti etiraf edib. Daha sonra doğuş edən Leyla Doğan körpəsi ilə birlikdə bir otağa qapanıb. Atası tərəfindən bağışlanılmayan Leyla Doğanın çəkisi yaşadığı tükürpədici olaydan sonra 68 kilodan 35 kiloya enib.