Uruqvayda yaşayan 32 yaşlı şəxs özündən 11 yaş kiçik arvadı Adolfina Kamelli Ortiqozanı aralarında münasibət yaranan ilk gündən bəri qısqanıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, gənc qadına zaman-zaman şiddət tətbiq edən şəxs qadının şikayətinə rəğmən əməlindən əl çəkməyib.
Qadının Facebook-a yüklədiyi fotosuna sərt reaksiya verən ər arvadını otağa salıb və özü kompüterin önünə keçib. Gələn hər "like"yə görə arvadına bir yumruq vurub. 21 yaşlı qadının zərbələrdən vücudunda ağır yaralar əmələ gəldiyindən dərhal əməliyyat olunub.
Qadının vəkili ərinin Adolfinanın sosial şəbəkə hesablarını bir-bir yoxlayaraq, bəyənmə aldığı hər "dostu" ilə münasibətdə olmaqda təqsirləndirib və gələn hər "like"yə görə onu amansızcasına döydüyünü deyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub