Türkiyə prezidenti iş adamı Rza Zərrabın ABŞ-da məhkəmə prosesində verdiyi ifadələrlə bağlı açıqlama verib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident bu sözləri bu gün Ədalət və İnkişaf partiyasının millət vəkilləri ilə keçirdiyi toplantıda söyləyib. Rəcəp Tayyip Ərdoğan embarqo ilə bağlı olaraq ABŞ qarşısında heç bir öhdəliklərinin olmadığını, İranla həm ticarət , həm də enerji sahəsində dərin münasibətlər qurduqlarını sözlərinə əlavə edib. “Dünya Amerika Birləşmiş Ştatlarından ibarət deyil” deyən Türkiyə prezidenti təpkisini dilə gətirib.
Bundan başqa Türkiyə prezidenti Cümhuriyyət Xalq parityasının sədri Kamal Kılıçdaroğlunun Ərdoğana yaxın adamların xaricə qeyri-qanuni olaraq valyuta sızdırması ilə bağlı iddiaları ilə əlaqədar onun bu həmləsinə görə layiqli cavabını alacağını bəyan edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub