Noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş şəxslərdən biri Əhməd Çatayev olub.
Mynews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, Ə. Çatayevin şəxsiyyəti ABŞ-dan gələn mütəxəssislərin köməyilə aparılmış ekspertiza nəticəsində müəyyən olunub.
Qeyd edək ki, antitterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, 1 nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub