Oğlundan bir il idi ki xəbər-ətər yoxdur. İki dəfə arxasınca getməsinə baxmayaraq tapmayıb onu böyük Rusiyada. Hər dəfə də hüquq mühafizə orqanlarından eyni sözü eşidirdi - axtarırıq. Ürəyi tab gətirmədi yegənə övladının itkisinə. İki gün əvvəl ürəyi dayandı Nuxbala kişinin.
Nicat Zülfüqarov Rusiyada anadan olub orada yaşasa da, sonradan ailəsi ilə vətəni Azərbaycana gəlir. Atası Nuxbala Zülfüqarov uzun illər Rusiyanın ədliyyə sistemində çalışır. Təqaüdə çıxdıqdan sonra isə ailəsini də götürüb Vətənə dönür. Orta məktəbin son siniflərini burada oxuyur Nicat.
Mynews.az bildirir ki, pressclub.az-a danışan Ruslan Cabbarov deyir ki, dayısı oğlu Nicat məktəbi bitirəndən sonra Tibb Universitetinin Farmakalogiya fakültəsinə qəbul olub. Universiteti başa vurandan sonra isə Rusiya vətəndaşı olduğundan hərbi xidmətini çəkmək üçün Moskvaya gedir. Əsgərliyini də Moskvaətrafında yerləşən hərbi hissədə çəkir.
Hərbi xidməti başa vursa da, Vətənə, ailəsinin yanına dönmür. Elə hərbi hissədə qalıb oradakı aptekdə işləməyə başlayır.
Ailəsi 29 yaşlı Nicatla daim əlaqə saxlayıb, son bir ilə qədər. Lakin bir il öncə Nicat əlaqəyə çıxmayıb ailəsi ilə, zənglərə cavab verməyib. Bir sözlə, qeybə çəkilir. Ailəsi Rusyanın hüquq-mühafizə orqanlarına müraciət edir. Lakin Nicatı nə gördüm deyən olur, nə eşitdim.
Ailənin bir illik axtarışı nəticə vermir, eləcə də hüquq-mühafizə orqanlarının.
Ata Nuxbala Zülfüqarov ancaq bir il dayana bilir övladının yoxluğuna. İki gün öncə vəfat edir.


1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub