İsrail ordusuna məxsus qırıcılar Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı İran hərbi bazasına hücum edib.
Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, Suriyadakı hava hücumundan müdafiə sistemləri İsrail qırıcılarına raketlə cavab verib.
Məlumatı İsrailin "Haaretz" qəzeti yayıb. Xəbərə əsasən, Livanın hava sahəsindən istifadə edən qırıcılar Dəməşq yaxınlığındakı İrana məxsus hərbi bazaya hücum ediblər. Baza Şamın 13 kilometrliyindəki Əl Kisva qəsəbəsində yerləşir.
Bombardmandan sonra şiddətli partlayış səsləri eşidilib. Bildirilir ki, partlayışlardan sonra Dəməşq və ətrafındakı ərazilərdə elektrik enerjisi kəsilib.
Suriya və İran tərəfi məsələ ilə bağlı açıqlama vermir. İsrail tərəfi isə şərh verməyi rədd edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub