9 uşaq anası Heydi Hepvort əri Endi Hepvortu və övladlarını ataraq Qambiya vətəndaşı, 30 yaşlı Saliu Mamadu Callounun yanına yollanıb.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, Heydi Hepvort indi Qambiyanın paytaxtı Banjuldadır.
"Atdığım addıma, qəbul etdiyim qərara görə əsla təəssüflənmirəm. Lütfən, məni yaramaz ana, bivec valideyn kimi təqdim etməyin. Sevgilimlə mütləq evlənəcəyik", - Heydi ona zəng vuran jurnalistlərə deyib.
23 illik nikahına son qoyan, 12 yaşlı sonbeşiyi ilə ayrılığı belə eyninə almayan Heydi indi bəxtəvər olduğunu söyləyib.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, H.Hepvort ötən ay ailəsini atıb və sevgilisinə qoşularaq Qambiyaya qaçıb.
Heydinin əri, Britaniya Kral Hərbi-Dəniz Qüvvələrinin sabiq zabiti Endi Hepvortun dediyinə görə, artıq sabiq arvadı barədə danışmaq belə, istəmir.
"Onu normal qadın, normal ana saymıram. Çünki heç bir normal ana doqquz uşağını ataraq Facebook-da tanış olduğu kişinin yanına, Afrikaya qaçmaz", - Endi Hepvort deyib.
İngiltərənin Sanderlend şəhərinin yaxınlığındakı Hetton le Holda yaşamış Heydi və Endininin 23 illdik nikahlarında 3 qızı (6,9 və 23 yaş), habelə 3 oğlu (11,17 və 18 yaş), əvvəlki nikahdan isə 29 yaşlı qızı və 24 yaşlı oğlu var.
Afrikaya, özündən 14 yaş kiçik sevgilisinin yanına yollanmış Heydi özünə haqq qazandırmağa çalışır: "Övladlarımla hər axşam intrenetlə danışırıq, Skype-la əlaqə saxlayırıq. Onlar yanıma gələ bilmədikləri üçün burada deyillər. Yəni uşaqlarımı atıb bura qaçmamışam. Onları sevirəm. Ərimdən ayrılmağımda isə ərim günahkardır. Ailəmiz dağılırdı. Ərimlə aramda artıq eşq qalmamışdı. Hər şey itmişdi, parçalanmışdı".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub