“İki həftədir davam edən mənasız bir mübahisə var. Cavab versək, özümüzə yaraşdırmırıq. Cavab verməsək, deyirlər niyə cavab vermir.”
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Klıcdaroğlunun “Ərdoğan ailəsi ofşor zonalara pul göndərdiyi” iddiasına cavab verərkən deyib.
“Bir neçə məqama aydınlıq gətirmək istəyirəm. Bir müddət öncə ana müxalifətin başındakı şəxs bir iddia ortaya atdı. Sözlər çox böyükdür , amma ortada bir komediya var. Sənin övladların ofşora pul göndəribmi, göndərmədimi deyir. Hesablaşaq deyir.
Onun bu sualına çox açıq bir cavab verdim. Mənim uşaqlarım xaricə pul göndərmədilər dedim. İrəli sürdüyün iddiaların sənədi varmı dedim. Bir az şərəfi, ləyaqəti olan birinin bu sözlər qarşısında iki yoldan birini seçməsini ifadə etdim. Sonra bu zat bəzi kağızlar yelləyərək nə bilim filan adaya bu adam filan qədər pul göndərdi dedi.
Amma sənəd dediyi bu iddiaları da kimsəyə vermədi. Mən də keçmişdə onun bir çox yalanını ifşa etdim. Sənəd dediyi kağızları gördükdən sonra anladıq ki, kimsə bu zatı pis halda tonqaya atıb. Kamalın özünü qurban edəcəklər. Orası artıq bizi çox da maraqlandırmır. Bu zatın sənədlərini gördükdə anladıq ki, bir şirkət mübadiləsi üçün xərclənən pulların sənədlərini “xaricə pul göndərirlər” deyə veriblər. Yəni ortada xaricə göndərilən pul yoxdur. “Halkbank”ı ilə Albaraka arasında bir alıvşerilşin sənədləri var.
Hanı bəs xaricə göndərilən pulların sənədləri? Mən bu şəxsə həddini bildirərdim onda bir çətinlik yoxdur, amma bu zatı dinləmək məcburiyyətində qalan millətimə Allah sənə səbr versin. Bu zatı rəzil, alçaq edirlər. Bir oyun var” deyə Ərdoğan qeyd edib.
1
“Neftçi” “Kəpəz”ə qalib gəldi
1079 dəfə oxunub
2
Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü
1067 dəfə oxunub
3
İmtahan cavabları nə zaman açıqlanacaq?
1065 dəfə oxunub
4
“Qarabağ” – “Nyukasl” matçının hakimləri açıqlandı
1017 dəfə oxunub
5
Gəncədə tələbə qızlar dəm qazından zəhərləndi
1007 dəfə oxunub