Xəbər verdiyimiz kimi, ABŞ-da həbsxanada olan iş adamı Rza Zərrab barədə davam edən istintaq çərçivəsində qərar çıxarılaraq onun və yaxınlarının mülklərinin müsadirə edilməsi barədə hökm elan edilib.
“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi xəbərə görə, bu məqamda Türkiyədə əsas diqqət yenə də Zərrabın müğənni Ebru Gündeşdən olan qızı Alaraya yönəlib. Belə ki, məhkəmə qərarı ilə biznesmenin də qızının adına olan mülkləri müsadirə olunub.
6 yaşlı Alaranın adına hansı mülklərin olduğuna dair hələ ki, məlumat yoxdur.
Qeyd olunur ki, ABŞ məhkəməsi E. Gündeşin əmlaklarının müsadirə olunmasına dair qərar çıxarmayıb. Çünki sənətçi ilə iş adamı ailə qurmazdan öncə evlilik sözləşməsi imzalayıblar.
Cütlüyün qızının mülklərinin müsadirə olunması isə Zərrabın bəzi mülkləri Alaranın adına qeydiyyatdan keçirməyi ilə bağlıdır.


1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub