Gülnarənin milyardlıq mülkləri üzə çıxdı Londonda evlər, nəhəng şirkətlər... - FOTOLAR

857
Gülnarənin milyardlıq mülkləri üzə çıxdı Londonda evlər, nəhəng şirkətlər... - FOTOLAR

Bir müddət əvvəl həbs edilmiş sabiq Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə bağlı yeni faktlar ortaya çıxıb.

Mynews.az qaynarinfo-ya istinadən xəbər verir ki, Britaniyanın "Telegraph" qəzeti bəzi informasiyaları ictimaiyyətə təqdim edib. 

Müğənni, elit cəmiyyətin nüfuzlu nümayəndəsi, sabiq BMT səfiri olan Gülnarə Kərimova Londonda 17 milyon funt-sterlinq dəyərində mülk alıb. Kərimovanın sevgilisi Rüstəm Madumarov bu prosesi həyata keçirib və o, offşor şirkətlərin hesablarından istifadə edərək Londonun "Mayfair" və "Belgravia" bölgələrində 4 ədəd ev üçün ödəniş edib. Evlərdən biri daha sonra satılıb və 1 milyon funt-sterlinq gəlir əldə edilib. 

Gülnarənin milyardlıq mülkləri üzə çıxdı: Londonda evlər, nəhəng şirkətlər...

Bu satışların bir zamanlar Gülnarə Kərimovanı "Özbəkistanda ən nifrət edilən şəxs" adlandıran amerikalı qadın diplomatların xeyrinə edildiyi iddia edilir. 
13 sentyabr 2005-ci il tarixində ABŞ-ın Özbəkistandakı səfiri Con R. Pörnell Kərimovanı öz hökümət əlaqələrini qəsbkarlıq və acgözlük etməkdə istifadədə ittiham edərək "İctimaiyyət onu soyğunçu baron hesab edir" demişdi.

2014-cü ildə 6 il müddətinə azad edilən Madumarov və onun sevgilisi Gülnarə Kərimova Özbəkistan prokurorluğu tərəfindən "təşkilatlanmış cinayətkar şəbəkə" üzvləri elan ediliblər.

Hazırda bir çox ölkələr Kərimova ilə əlaqədar aktivləri araşdırır. 2004-2013-cü ildə Avropanın 3 telekommunikasiya şirkəti tərəfindən yerli bazara çıxış əldə etmək məqsədilə verilmiş 800 milyon dollar rüşvət əsas istintaq mövzusudur. 

ABŞ prokurorluğu 2016-cı ildə İsveçrə banklarından xanım Kərimovaya aid olduğu hesab edilən 2 şirkətin 200 milyon dəyərindəki hesabını dondurmağı tələb etmişdi. Bundan əlavə, ABŞ bölgə prokurorluğu Belçikada yerləşən mülk və nağd pulun ələ keçirilməsi üçün addım atmışdı. 

45 yaşlı Gülnarə Kərimova məşhur müğənni Elton Con, aktrisa Şaron Stoun, model Klaude Şiffer kimi şəxslərlə eyni məclislərdə iştirak edir, Avropada bir çox xüsusi tədbirlərə qatılır, xeyriyyə fəaliyyətləri ilə məşğul olurdu.

Gülnarənin milyardlıq mülkləri üzə çıxdı: Londonda evlər, nəhəng şirkətlər...

Ölkədəki müxalif mövqeli şəxslərə göstərdiyi qəddar münasibəti ilə atası İslam Kərimovun davamçısı hesab edilən Kərimova 2013-cü ildə diplomatik vəzifəsindən kənarlaşdırılıb, korrupsiya, vergidən yayınma, çirkli pulların yuyulması ittihamı ilə qızı ilə birlikdə ev həbsinə məhkum edildi.

Gülnarənin milyardlıq mülkləri üzə çıxdı: Londonda evlər, nəhəng şirkətlər...

2012-ci ildə İsveçdə mətbuata sızdırılan qeydin Kərimovanın əl yazısı olduğu bildirilir. Sənəddə prezident qızının dünyanın bir çox yerində mülk sahibi olduğu, "RM" adlı şəxsin 4 şirkətin yaradıcısı və maliyyə meneceri olduğu qeyd olunub. "RM"-nın Rüstəm Madumarov olması ehtimal edilir. Onun Britaniya Vircin Adalarında qeydiyyatdan keçmiş "Oregon" şirkəti 2010-cu ildə Londonda 12,338 milyon funt-sterlinq dəyərində ev alıb. Şirkət eyni gündə Londonda 1,112 milyon funta mülk kirayələyib.

Britaniya Vircin Adalarında qeydiyyatdan keçmiş digər offşor şirkət olan "Porchester" 2012-ci ildə Londonun "Mayfair" bölgəsində 3,68 milyon dəyərində evə sahib çıxıb. "Oregon" şirkəti 2013-cü ildə satış həyata keçirərək 912 min funt-sterlinq gəlir əldə edib. 

Madumarovun adı və imzası "Chateau de Groussay" adlı mülkün rəsmi sənədində yer alıb. 

Madumarovun sahib olduğu digər "Expoline" adlı passiv şirkətin Hon Konqda mülk sahibi olduğu aşkarlanmış digər faktlardandır. 

Kərimovanın sevgilisi həmçinin "Panama Papers" sənədlərində adı keçmiş çox sayda şirkətin direktoru hesab edilir. 

Korrupsiyaya qarşı mübarizə aparan təşkilatlardan olan "Global Witness"in Korrupsiya Kampaniyaları direktoru Elenor Nikol bildirir ki, hələ 2 il əvvəl əmlak bazarında çirkli pulların yuyulması ilə bağlı bəzi faktlar aşkarlanıb, lakin heç bir hüquqi addım atılmayıb. 

Britaniya kraliçasının məsləhətçisi Lord Faulks Sanksiyalar və Çirkli Pulların Yuyulmasına qarşı qanuna dəyişiklik edilməsini nəzərdə tutan təklifini artıq hökümətə təqdim edib. Hazırda Britaniyada böyük dəyərə sahib evlərə offşor şirkətlər vasitəsilə sahib olmaq və adı gizli saxlamaq mümkündür. Yeni düzəliş bu qaydanın dəyişdirilməsini nəzərdə tutur və qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.

Xəbər lenti