Dünən Moskvada əslən azərbaycanlı olan Vasif Abışov adlı şəxs xeyli sayda insan tələfatının qarşısını alıb.
Mynews.az-ın məlumatına əsasən, yerli vaxtla 19:45-də Altüfyev şosesində avtomobil yüksək sürətlə gələrək yolu keçən piyadaları vurub və hadisə yerindən qaçıb. Nəticədə dörd nəfər xəsarət alıb.
Hadisənin şahidi olan Abışov yeni qurbanların olmaması üçün cəld öz avtomobili ilə qəzanın səbəbkarının ardınca sürüb.
“Piyadalar həmin an yaşıl işıqda yolu keçirdilər. O, insanları yüksək sürətlə vurub hadisə yerindən qaçdı. Həmin an orada məndən savayı heç kim yox idi. Mən cəld qazı basıb onun dalınca sürdüm. Bir az sonra, o, avtomobilini saxlayıb çıxdı və yerə oturdu. Həmin an mən onu yaxaladım. Onu avtomobilimə oturdub polisə təhvil verdim”, - deyə Abışov bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub