Türkiyənin Isparta rayonunun Yalvaç qəsəbəsində riyaziyyat müəllimi H.E. (28), VII sinif şagirdi 2 qız uşağına əllə və sözlə cinsi təcavüz etdiyi iddiası ilə həbs olunub. Hadisə valideynlərdən birinin qızının mobil telefonunda müəllimin göndərdiyi intim məzmunlu mesajları görməsiylə ortaya çıxıb.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, S.T.-nin (13) telefonuna baxan atası, cinsi məzmunlu mesajlarla qarşılaşıb. Qızından vəziyyəti öyrənən ata mesajların riyaziyyat müəllimi H.E.-dən gəldiyini, müəlliminin onu həm əl ilə, həm də sözlə təcavüz etdiyini öyrənib. Prokurorluğa gedən ata müəllim H.E. barəsində şikayət edib.
Polisin apardığı araşdırmada müəllimin həmin məktəbdə VII sinif şagirdi A.Y.-ya (13) da eyni şəkildə təcavüz etdiyi və uzun müddətdir bu əməlini davam etdirdiyi öyrənilib. Saxlanılan H.E.nin polis idarəsindəki ifadəsində günahını etiraf edərək "Nəfsimə uydum" dediyi açıqlanıb.
H.E.-nin təxminən 4 ay öncə bir həmkarı ilə evləndiyi deyilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub