Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik

675
Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik
Bu qədər yaxındırlar, amma yenə də uzaqdır. Artıq əminik ki qalaktikamızda milyardlarla Yerə oxşar planet mövcuddur. Bundan başqa həmin hesablanan planetlər eynən Yer kimi həyat şərtləri üçün uyğundur, Günəşə oxşar ulduzlar ətrafında dövr edirlər və ulduzlarıyla aralarında olan məsafə bizim planetlə Günəşin arasındaki məsafəyə yaxındır.
 
Həyat ola biləcək ən yaxın planet evimizdən 12 işıq ili uzaqlıqdadır. Bu, əlbəttə, səyahət üçün olduqca uzaq məsafədir, amma müşahidə etmək üçün kifayət qədər yaxındır.
 
Təəssüf, bizim hələ ki bu planetləri ətraflı araşdırmaq üçün əlimizdə imkan yoxdur. Kəşf, kosmik teleskop Keplerin göndərdiyi məlumatlar əsasında edilmişdi, amma teleskopun sistemi may ayında anidən dayandı və bəlkə də evimizdə gözlədiyimiz sirrlərə cavabları özü ilə əbədi basdırdı.
 
Buna baxmayaraq, son nəticələr bizə, möhtəşəm kəşflər astanasında olduğumuzu göstərir. Keplerin varisi olan Transiting Exoplanet Survey Satellite 2017-ci ildə kosmosa buraxılacaq. Bu aparat qalaktikamızdaki orta həcmli ulduzların ətrafında dövr edən həyat üçün əlverişli planetlərin kəşfi əməliyyatını davam etdirəcək. Ən az yüzlərlə planet kəşf edəcəyi gözlənilir. Lakin daha maraqlısı, gələcəyin planları olan James Webb Space Telescop və StarShade Mission layihələridir. Bu layihələr əsnasında kosmik teleskoplar kəşf edilmiş, həyat üçün əlverişli hesab olunan planetlərin atmosferini araşdıracaq, bu da orada canlıların mövcud olub-olmadığına dair məlumatlar verəcək.
 
Digər yaşayış olan planetin bizdən bir neçə işıq ili uzaqlıqda yerləşdiyi və hər hansı bir müşahidə edilə bilən ulduz ətrafında dövr etdiyi ideyası – çox xoş perspektivdir. Fərqli planetdə həyat izləri qənaətbəxş olsun və ya olmasın, bunun çox da böyük əhəmiyyəti yoxdur. Lakin, əgər haradasa kainatda həyat varsa, əminliklə vurğulamaq olar ki, növbəti onillikdə onun əlamətlərinə rast gəlinmiş olacaq.

Xəbər lenti