“Suriyanın Raqqa bölgəsində aparılan əməliyyatlar başa çatandan sonra oradakı terrorçu İŞİD qruplaşmasının silahlıları Misirin Sinay yarımadasına göndəriləcək”.
Mynews.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədr olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.
O vurğulayıb ki, Türkiyə NATO-ya üzv dövlətlər arasında terrorçu İŞİD qruplaşmasına qarşı əməli olaraq mübarizə aparan yeganə ölkədir: “Türkiyənin antiterror əməliyyatlarına mane olmaq üçün terrorçulara silah verən müttəfqimizi necə qəbul edə bilərik?”
Qeyd edək ki, ABŞ və Rusiya Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasında təmizləndiyinin bildirib. Bu şəhəri İŞİD özünə “paytax” elan etmişdi. Terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-nin Raqqanı tərk etməsi üçün İŞİD-lə razılaşdıqları da təsdqilənib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub