ABŞ-da 25 yaşlı iranlı Bijən Qeysərinin ABŞ polisi tərəfindən öldürülməsi İranda ciddi etiraza səbəb olub. Ötən həftə B.Qeysəri Nyu-Yorkda polis tərəfindən başından tapança ilə vurularaq öldürülüb.
Mynews.az Azərtac-a istinadən xəbər verir ki, dekabrın 5-də İranın Xarici İşlər Nazirliyi ABŞ-a not verib.
İran XİN-nin rəsmi nümayəndəsi Bəhram Qaseminin sözlərinə görə, nota İsveçrənin İrandakı səfirinə təqdim edilib.
Notada İran tərəfi hadisənin ciddi şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını və B.Qeysərinin ailəsinə kompensasiya verilməsini tələb edib.
Xatırladaq ki, İranla ABŞ-ın diplomatik əlaqələri olmadığı üçün İsveçrənin Tehrandakı səfirliyi rəsmi Vaşinqtonun maraqlarının müdafiəçisi qismində də fəaliyyət göstərir. İranın ABŞ-dakı maraqlarının müdafiəçisi isə Pakistan səfirliyidir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub