ABŞ prezidenti Donald Trampın ölkədəki immiqrantlara qarşı tətbiq etdiyi siyasət Amerika daxil olmaqla, dünyanın bir çöx ölkəsində etirazla qarşılanıb. İllərdir ABŞ-da yaşayan minlərlə insan ölkədən çıxarılıb və ya onların ABŞ-a girişinə icazə verilməyib.
“Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, bu məqamda birinci xanım, Sloveniya əsilli Melaniya Trampın ölkəyə bundan öncə adi bir insan kimi gəldiyi zaman nələr yaşayacağı müzakirələrə səbəb olub.
“Associated Press”in xəbərinə görə, əgər “First Lady” 2017-ci ildə ABŞ-a gəlsəydi, o zaman ABŞ-dan çıxarılmalı və ölkəyə girişi qadağan olunmalı idi.
Agentlik bildirir ki, M. Tramp ABŞ-a 1996-cı ildə turist vizasıyla gəlib. O, ölkədə model vəzifəsində çalışaraq pul qazanıb.
Onun qanuni iş icazəsinə müraciət etməzdən öncə ABŞ-da 20 min dollar qazandığı, 2006-cı ildə ABŞ vətəndaşlığı üçün lazımi orqanlara müraciət etdiyi və bu müraciətlərin heç birində keçmiş qeyri-qanuni iş təcrübələrindən bəhs olunmadığı vurğulanır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub