Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin fövqəladə iclası keçiriləcək.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.
Onun sözlərinə görə, iclasda ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı müzakirə olunacaq.
İ.Kalın vurğulayıb ki, ABŞ-ın bu qərarı beynəlxalq hüquqa ziddir: “ABŞ bundan imtina etməlidir, çünki Qüds bütün dünya müsəlmanları üçün “qırmız xətt” təşkil edir”.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın bu planını bəzi müsəlman ölkələrinin rəhbərləri ilə müzakirə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub