Yeni il qabağı paytaxtda spirtli içkilərin satışı məhdudlaşdırılacaq.
Publika.az xəbər verir ki, bu barədə Moskvanın Regional Təhlükəsizlik Departamenti məlumat verib.
Moskvada bayram ərəfəsində əhalinin kütləvi toplaşdığı məkanlarda tərkibində alkoqol olan içkilərin satışına qadağa qoyulacaq. Bu məhdudiyyətlər xüsusilə paytaxtın mərkəzi küçə və meydanlarına şamil ediləcək.
Buna səbəb insanların alkoqollu içkilərin təsiri altında bir sıra davranışlara yol verməsidir.
Xatırladaq ki, artıq 2 ildir Moskvada Yeni il və Milad bayramı günlərində ənənəvi olaraq spirtli içkilərin satışına qadağa qoyulur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub