Cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərsələr də, bunun qarşısı qətiyyətlə alınıb.
Düşmən öz uğursuzluğunu ört-basdır etmək məqsədilə guya cəbhəyanı kəndlərdə yaşayan azərbaycanlıların evlərini tərk etdiyi barədə dezinformasiyalar yayır.
Mynews.az xəbər verir ki, APA TV-nin çəkiliş qrupu düşmən mövqelərinə yaxın yaşayış məntəqələrindən olan Ağdam rayonunun Qaradağlı kəndində olub. 5000 nəfər əhalisi olan kənd aprel döyüşləri zamanı böyük zərər görüb. Azərbaycan dövləti erməni artilleriyasının dağıtdığı evləri bərpa etdikdən sonra hamı bir nəfər kimi öz evinə qayıdıb.
Qaradağlı icra nümayəndəsi Arzu Muradov ermənilərin son addımlarından təəccüblənmədiklərini bildirib: “Bu bizim mənfur qonşuların sifətidir. Dinc əhali yaşayan yerlərdə silah işlətmək heç bir qanuna sığan iş deyil. Amma ona baxmayaraq, hər an gözləyirik. Keçən il aprel ayında da biz onu gördük. Kəndimizdə 200-dən çox evə ziyan dəydi, yaralananlar oldu”.
Qaradağlı kənd sakini Rəhbər Məmmədov ordumuza və prezidentə güvəndiklərini vurğulayıb: “Qaradağlı kənd sakiniyəm, hazırda da burda yaşayıram. Ordumuza da, prezidentimizə də arxayınam. Burdan da bir yana gedən deyilik”.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Zülfü Qasımovun sözlərinə görə, rayonun bütün idarə və müəssisələri gücləndirilmiş iş rejimində çalışır:
“Son günlər qoşunların təmas xəttində mütəmadi olaraq ermənilər tərəfindən atəşkəs pozulur və çox ciddi gərginliklər yaranır. Əhali arasında müəyyən işlər görmək, təbliğat aparmaq, problemlərin həll olunması üçün bütün aparat işçiləri, rayon aktivdir. Demək olar ki, hər gün onlarla bir yerdə oluruq, söhbətlər aparılır, onların problemləri ilə maraqlanılır”.
Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub