“Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə BMT qərarlarını heçə saydı”.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərindən öncə hava limanında çıxışı zamanı deyib. O, Trampın nə etmək istədiyini anlaya bilmədiyini söyləyib: "Qüds müsəlmanların, xristianların, qismən də musəvilərin ibadətgahı kimi tanınıb. Məscidi-Aksa müsəlmanların ilk qibləsidir. Belə bir qərar bölgəni alovun içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?! Siyasi liderlər qarışdırmaq üçün deyil, barışdırmaq üçün mövcud olur. Hörmətli Tramp "güclüyəm, o səbəblə haqlıyam" deyirsə, yanılır. Haqlı olan güclüdür".
R. T. Ərdoğan dekabrın 13-də, çərşənbə günü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə toplantısının keçiriləcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub