İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Qüds qərarından sonra açıqlamalar verib.
Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, Netanyahu digər ölkələrin də ABŞ-dan nümunə götürəcəyini iddia edib. Bundan başqa, açıqlamada bildirilir ki, İordan çayının qərb sahilinə hərbi birləşmələr cəlb edilir.
Netanyahu deyib: "Bir çox ölkə ABŞ-ın yolu ilə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Bəziləri artıq bu məsələ ilə bağlı əlaqə yaradıb".
Sözügedən ölkələrin adını açıqlamayan baş nazir bu dövlətlərin bəzilərinin səfirliklərini Qüdsə ABŞ-dan əvvəl köçürəcəyini iddia edib.
İsrail ordu baş qərargahı təcili iclas keçirərək İordan çayının qərb sahilinə hərbi birliklər cəlb etmək barədə qərar qəbul edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub