"Ölkə.Az" xəbər verir ki, Rza Zərrabın 7 milyon avro qiyməti olan lüks yaxtası ilə "MNG Jet" anqarındakı "Challenger 300" təyyarəsi İstanbul Respublika Prokurorluğu tərəfindən müsadirə edilib.
Malta bayrağı altında üzən yaxta Bodrumdadır. 1.5 ildir limanda gözləyən yaxta ilə bağlı Ankara ilə rəsmi yazışmalar aparılıb.Bodrum Liman İdarəsindən bildirilir ki, "60 years" adlı lüks yaxta da müsadirə ediləcək.
Yaxtadan sonra prokurorluq Zərrabın sahibi olduğu "ARE" avia şirkətinə aid iş təyyarəsini də İstanbuldakı Atatürk hava limanında müsadirə edib.
58 milyon dollarlıq "Challenger 300" təyyarəsi sonuncu dəfə 30 noyabr tarixində uçub. ABŞ-da məhkəməyə çıxarılan Rza Zərraba aid bütün şirkətlər 1 dekabr tarixidə İstanbul Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində müsadirə edilib.Qərardan 7 gün sonra hava limanındakı təyyarə də müsadirə edilib.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub