Ərdoğan Afinada baş nazirlə də gərgin anlar yaşadı "Türk sözünü belə həzm edə bilmirsiz..." - VİDEO

637
Ərdoğan Afinada baş nazirlə də gərgin anlar yaşadı "Türk sözünü belə həzm edə bilmirsiz..." - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş nazir Aleksis Çiprasın birgə mətbuat konfransında da maraqlı hadisələr yaşanıb.

Mia.az xəbər verir ki, baş nazirlə də görüşdə 1923-cü il iyulun 24-də İsveçrənin Lozanna şəhərində imzalanan və Türkiyə və Yunanıstan arasında sərhədlərin müəyyən edilməsindən bəhs edən  "Lozanna" müqaviləsi gərginliyə səbəb olub 

Çipras qeyd edib ki, Lozanna anlaşması azlıqları hüquqlarının müdafiəsini nəzərdə tutur: "Təhrik etmədən və qışqırmadan danışmağı bacarmalıyıq. Aramızda etibarlı əlaqəni yarada bilməliyik. Münasibətlərimiz 21-ci əsrə uyğun qurulacaq. Əlaqələrimiz həm Ege, həm də Ağ Dənizdə sülhə xidmət edəcək. Bütün bunlar Lozanna anlaşmasına söykənməlidir. Anlaşmanın yenidən dəyişdirilməsinə müzakirə mövzusu deyil. Bölgədəki problemlər həll edilməlidir.  Egedə gərginliyin azaldılması üçün görüşlərin başladılmasına razılıq verdik".

Ərdoğan isə Çiprasın fikirlərinə etiraz olaraq qeyd edib ki, Lozanna müqaviləsi 94 il əvvəl imzalanıb. Bu, Türkiyə və Yunanıstan arasında imzalanan müqavilə deyil: "Həmin müqavilədə Yaponiya, İngiltərə və Portuqaliyanın belə adları var. 94 il ərzində dünya yenidən qurulub. Türkiyə ilə Yunanıstan arasında bir çox məsələ dəyişb, inkişaf edib. 

Məsələn, Lozanna müqaviləsində Yunanıstandakı türklərlə bağlı müsəlman ifadəsi işlədilib. Avropa İnsan Haqları Məhkəməsində isə türk ifadəsi işlədilir. Türkiyədə keşiş təyin edilmir, seçilir. Onu kilsə məclisi seçir və Türkiyə vətəndaşı olması şərtdir. Ancaq Qərbi Trakiyada müsəlmanların baş müftisini hələ də oradakı din adamları seçə bilmir. Bu, necə Lozanna müqaviləsidir? Deməli, Lozanna müqaviləsi tətbiq edilmir".

Ərdoğan deyib ki, Qərbi Trakiyada türk sözünün işlədilməsini belə həzm edə bilmirlər:

"Türkiyədə yunanlara qarşı belə davranışı görə bilməzsiniz. Məncə, bizim bir dəfə bunları deməyimiz lazımdır. Təbii ki, hərbi məsələdə də çətinliklər yaşanır. Siz NATO üzvlüyündən çıxandan sonra yenidən üzv olmaq istəyərkən biz sizə dəstək verdik. Biz mane olsaydıq, siz NATO-ya yenidən üzv ola bilməzdiniz. Biz məsələyə qonşu kimi baxdıq, yenə də elə baxırıq”.

Xəbər lenti