ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab olaraq Fələstin Milli Administrasiyası Texası Meksikanın ayrılmaz hissəsi kimi tanıyıb.
Mynews.az-ın xəbərinə görə, bu barədə "The Beaverton" nəşri yazır.
Bildirilir ki, Texas ərazisi 1840-cı illərdə Amerika Birləşmiş Ştatları tərəfindən işğal olunub.
“Rio-Qrandedən şimalda və şərqdə yerləşən ərazilər meksikalılar üçün çox vacibdir. Amerikalılar buraya özləri ilə quldarlıq gətiriblər. Sonra ABŞ prezidenti Ceyms Polk öz ordusunu Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada və Yuta ştatlarına göndərərək bu əraziləri də Meksikanın əlindən alıb. Bu torpaqlara nəzarət həmişə Meksikada olub. Yaxın gələcəkdə bu torpaqları da Meksikanın ayrılmaz hissəsi kimi tanımağa hazırlaşırıq”, - Fələstin administrasiyasının nümayəndəsi bildirib. (oxu.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub