Publika.az xarici mediaya istinadən xəbər verir ki, zavodun sahibi olan “Pfizer” əczaçılıq şirkəti verdiyi yazılı açıqlamasında havadakı qoxunun zərərsiz olduğunu bildirib.
Şirkət bütün istehsal prosesinin yoxlamalardan keçdiyini bildirib. Lakin kənd sakinləri açıqlamada deyilənlərlə razı olmadıqlarını və problemin ciddi xarakter daşıdığını söyləyirlər.
Qeyd edək ki, daha əvvəl “The Sunday Times” nəşrinin yazdığına görə, “Viaqra” istehsal edən zavodun tullantıları kənd sakinlərini seks-maşınlarına çevirib.
Kəndin kişiləri bildirirlər ki, onlarda daimi ereksiya (ereksiya cinsi qıcıqlandırıcının təsirindən cinsi orqana gələn arterial qanın axınının bir neçə dəfə yüksəlməsi, cinsi orqandan gedən venoz qanın axınının isə bir neçə dəfə zəifləməsi səbəbindən cinsi orqan daxilində qanın ləngiməsinin nəticəsində cinsi orqanın sərtləşməsi prosesi) var və saatla sekslə məşğul ola bilərlər.
“Bir dəfə nəfəs almaq kifayətdir ki, səndə ereksiya baş versin. Biz artıq zavodun sayəsində illərdir ki, pulsuz viaqradan istifadə edirik”, - balaca kəndin sakinlərindən biri danışıb.
Sakinlərdən biri əlavə edib ki, hətta kənd itlərinə bu preparat təsir edir. O hesab edir ki, viaqra hələ 1980-ci illərdə su kəmərinə düşüb.
Qeyd edək ki, kənddə “Viaqra”nın istehsalı 40 il əvvəl başlanıb. Bundan sonra Rinqaskiddi kəndində demoqrafik sıçrantı baş verib. Hətta yaşayış məntəqəsini zarafatyana “Viagra Falls” adlandırmağa başlayıblar.




1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub