Türkiyədə Sevim Arkan, Ayşe Kök və Uğurcan Saban adlı qadınlar öz məzarlarını qazırlar.
Publika.az xəbər verir ki, adıçəkilən qadınlar 8 bələdiyyənin zibilərini tökdüyü İnkum təpəsində yaşayan 250-yə yaxın küçə itinin hüquqlarını müdafiə edir.
Üç heyvansevər zibil tökülən təpədə xəstə heyvanları müalicə edirlər. Lakin onlar ötən həftə aclıq aksiyasına start veriblər. Daha sonra özləri üçün təpədə məzar da qazmağa başlayıblar.
“Biz burada uşaq oyunu oynamırıq. Küçə heyvanları ilə bağlı qanun çıxmasını istəyirik. İstəyirik bizi bütün dünya görsün. Aclıq aksiyamızın 6-cı günündəyik. Halsızlıq var, danışmaq çətindir. Dünən Sevimin ürəyi getdi. Amma yolumuzdan dönməyəcəyik”, - deyə U.Saban bildirib.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub