Atanın hərəkətləri sosial mediaya damğa vurub.
Mynews.az GoldNews.Az-a istinadən xəbər verir ki, ABŞ-ın Louisiana əyalətində baş verən hadisədə qızına əsəbləşən 33 yaşlı ata əvvəl onu bağlayıb. Gənc qızı kəmərlə döyməyə başlayan ata, daha sonra saçlarını zorla kəsib. Tamamilə keçəl qoyduğu uşağını ekrana baxmağa məcbur edən qəddar ata bütün bu görüntüləri başdan sona telefonu ilə qeyd edərək "Facebook"a yükləyib.
Dəhşətli görüntüləri qürurla nümayiş etdirən adam qısa müddətdən sonra polis tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.
Cani ata videonun əvvəlində "Yetkin olmaq istəyir. "Snapchat" məktəbdə bir işinə yaramaz. Snap atmaqdan başqa gördüyü bir şey yoxdur. Bizi izləməyə davam edin" deyib. Daha sonra uşağa əziyyət etməyə başlayan ata bütün bu anları əvvəldən axıra qədər qeyd edib.
9-cu sinif şagirdi olan 14 yaşlı qız haqqında heç bir informasiya verilməyib.
İşgəncənin təxminən 1 saat yarım davam etdiyi öyrənilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub