Türkiyənin Şanlıurfa bölgəsində ailə münaqişəsi cinayətlə sonuclanıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, 34 yaşlı qadın 19 illik həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bir neçə zərbədən sonra özünü ölülüyə vuran qadın sağ qalıb. Həyat yoldaşını bıçaqladıqdan sonra onun öldüyünü düşünən kişi əlini-üzünü yuyaraq evdən çıxıb və bir daha geri qayıtmayıb. Ərinin getdiyinə əmin olan qadın sürünə-sürünə gedərək qonşunun qapısını döyüb. Qapını açan qonşu gördüklərindən dəhşətə gəlib. Dərhal təcili yardıma və polisə məlumat verilib.
Xəstəxanaya çatdırılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, bıçaqlanan qadın 4 uşaq anasıdır. Onların nə üstündə mübahisə etdiyi məlum deyil.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub