Rusiyada maraqlı cinayət hadisəsi baş verib. Bizimyol.info Rusiya mediasına istinadən xəbər verir ki, Kamçatkada yaşayan mühasibatçı qadın yalanadan hamiləyəm deyərək, dövlətə 5000 dollardan çox ziyan vurub. Belə ki, o 2017-ci ilin iyun ayında qadın məsləhgətxanasında hamilə kimi adını qeydiyyata salıb. Heç bir analiz vermədən iş yerindən özünə analıq məzuniyyəti götürən xanım bu yolla 263 min rubl mənimsəyib.
Cinayət faktının üstü onun doğum zamanının gəlməsinə baxmayaraq xəstəxanaya müraciət etmədiyi zaman açılıb. Belə ki, onun evinə gələn tibb işçilərinin araşdırması nəticəsində bu qadının 4 dəfə analıq məzuniyyəti götürməsi, lakin övlad dünyaya gətirməməsi məlum olub. İndi mühasib xanım həm dövlətdən mənimsədiyi pulları geri qaytarmalıdır, həm də Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3 cü bəndinə əsasən 6 il də həbsdə qalmalıdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub