Brüsselin “Zaventem” beynəlxalq aeroportu sərnişinləri xüsusi məlumat almadan dekabrın 11-ə planlaşdırılan və güclü qar səbəbindən ləğv olunan reyslərə gəlməməyə çağırıb.
Mynews.az AzərTAc-a istinadən xəbər verir ki, hava limanının nümayəndələri qarın qrafiki pozmasına hazır olduqlarını, uçuş zolaqlarının təmizlənməsi və hazırlanması üçün lazımi addımlar atdıqlarını bildiriblər. Bu səbəbdən aeroport müvəqqəti olaraq bağlanıb, həmçinin reyslər ləğv olunub və ya gecikib.
Belçikada gecə yağışlarını əvəz edən qar səbəbindən avtomobil tıxaclarında milli rekord müəyyən olunub – onların uzunluğu 900 kilometri ötüb.
Xatırladaq ki, güclü qar Avropanın bir sıra digər iri şəhərlərində də nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradır. Britaniya paytaxtının əsas hava limanı olan Hitrouda aviareyslər böyük ləngimələrlə həyata keçirilir. Almaniyanın maliyyə paytaxtı Frankfurtda 300-dən çox aviareys ləğv olunub, Düsseldorf şəhərinin hava limanı dörd saat bağlı qalıb.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub